Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, Azərbaycanın ilk təbii ərazisidir ki Ümumdünya İrs Siyahısına daxil edilib.