Sabah Azərbaycanda itkin düşmüş, əsir girov düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakı. Trend:

Sabah Azərbaycanda itkin düşmüş, əsir girov düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, konfransda bir çox xarici qonaqlar, keçmiş baş nazirlər iştirak edəcək. O bildirib ki, konfrans beynəlxalq təşkilatlara mesajlar ünvanlayacaq. Bu məsələyə beynəlxalq səviyyədə diqqət artırılmalıdır. BMT-də bu istiqamətdə mexanizm yaradılmasına ehtiyac var.