Azərbaycan basketbol millisinə İslamiadanın qızıl medallarını qazandıran baş məşqçi ilə yeni müqavilə imzalanacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliçlə müqavilənin müddəti uzadılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.

Onun sözlərinə görə, serbiyalı mütəxəssislə gələn ilin sentyabr ayınadək yeni sözləşmə imzalanacaq. Çalışdırıcının hazırkı anlaşması 2026-cı ilin əvvəlinə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması tarixində ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak edib. Komanda ötən il Raşa Deliçin rəhbərliyi altında Paris Olimpiadasında mübarizə aparıb. Yığma, həmçinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.