Çempionlar Liqası: “Qarabağ”ın İtaliyaya səfər planı açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli”nin qonağı olacaq “Qarabağ”ın İtaliyaya səfər planı bəlli olub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Ağdam təmsilçisi noyabrın 23-ü axşam saat 18:00-da Neapol şəhərinə yola düşəcək. Komanda oyundan dərhal sonra isə Bakıya qayıdacaq.

Matçdan bir gün əvvəl Bakı vaxtı ilə saat 22:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə komandanın açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, noybarın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda oynanılacaq “Napoli” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.