Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı.
Trend xəbər verir ki, bunu Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, bir gün əvvəl Qroznıya uçacağını bilirdi:
“Atam dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq heyif ki, gəlmədi".