Quba və Qusara qar yağdı (FOTO)

Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Trend xəbər verir ki, yağıntı dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, mövsümünün ilk qarıdır.

Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.

Gallery