UEFA Avropa Liqası: "Qarabağ" "Hekken"i məğlub edib

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Hekken”-“Qarabağ” oyunu başa çatıb.

Trend-in məklumatına görə, oyun Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 70-ci dəqiqəsində Juninyo vurub.

Beləliklə, iki oyundan sonra 6 xal toplayan "Qarabağ" komandası qrupda liderliyini "Bayer Leverkuzen"lə bölüşür.