Keniyada məktəbdə yanğın: 10 şagird həyatını itirdi
Keniyanın Nakuru şəhərindəki qızlar üçün internat məktəbində baş verən yanğında 10 şagirdin həyatını itirdiyi bildirilib.

Rift Vadisi Bölgəsi Polis Rəisi Samuel Ndanyi, Keniyanın Nakuru şəhərindəki qızlar üçün internat məktəbində gecə saatlarında yanğın baş verdiyini, yanğında 10 şagirdin həyatını itirdiyini və çox sayda şagirdin yaralandığını açıqladı. Ndanyi, yanğının şagirdlərin yatdığı saatlarda başladığını və binada sürətlə yayıldığını bildirdi. Yanğının çıxış səbəbinə dair istintaq başladılıb.