Hindistanda güclü yağışlar səbəbindən 16 nəfər həyatını itirdi
Hindistanda güclü yağışların səbəb olduğu torpaq sürüşməsi, daşqın və ildırım düşməsi nəticəsində 16 nəfər həyatını itirib.

Hindistanın Cammu Kəşmir əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda 11 nəfərin həyatını itirdiyi, çox sayda insanın itkin düşdüyü bildirilib. Uttarakhand əyalətində isə ildırım düşməsi nəticəsində 2 nəfərin həyatını itirdiyini və çox sayda yolun nəqliyyata bağlandığını bildirən rəsmilər, Nagaland əyalətindəki daşqınlarda da 3 nəfərin həyatını itirdiyini və bəzi insanların dağıntılar altında qaldığını qeyd ediblər.