Şərqi Zəngəzur və Qarabağda dörd il ərzində neçə nəfər mina qurbanı olub? - AÇIQLAMA

2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub.

Bu barədə Trend-ə ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev məlumat verib.

O qeyd edib ki, bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.