“Naxçıvan” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, muxtar respublika təmsilçisi Ahmet Karaçelikin transferini rəsmiləşdirib.
19 yaşlı oyunçu bundan öncə "OGM Ormanspor" və "Türk Telekom" komandalarının şərəfini qoruyub. 188 santimetr boya malik basketbolçu son mövsümü isə Azərbaycan Tələbə liqasında mübarizə aparan "Xəzər Universiteti" kollektivində keçirib.
Xatırladaq ki, “Naxçıvan” bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani və Devon Cenkins ilə yeni müqavilə imzalayıb.