Qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq.
Görüşdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları və Azərbaycan Texniki Universitetinin rektoru görüşdə iştirak ediblər.