Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb

Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının son günündə Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında son iclas keçirilib.

 TurkicWorld xəbər verir ki , toplantıda Azərbaycan Şahmat Federasiyası tərəfindən türkdilli ölkələrin şahmat sahəsində əməkdaşlığını və əlaqələrini gücləndirmək üçün xüsusi qurumun yaradılması təklif olunub.

Bununla bağlı çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova türkdilli ölkələrin birgə assosiasiyasının yaradılmasının vacibliyini vurğulayıb, gələcək təşkilatın əsas hədəfləri barədə məlumat verib. FIDE-nin Baş Assambleyasında səsverməyə çıxarılan təklif yekdilliklə qəbul edilib. Beləliklə, Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb. Assosiasiyanın ilk üzvləri Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan olub.