16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb.
İdman.biz xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə komandamız Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq.
Yığmamız Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq: