O vurğulayıb ki, uşaqlar üçün iqlim təşəbbüslərinin maliyyələşdirilməsi və iqlim dəyişikliklərinin təsirlərindən qorumaq üçün dayanıqlı sosial infrastrukturun yaradılması Azərbaycanın COP29 çərçivəsində prioritetidir.
UNICEF-in direktor müavini Kitti Van Der Heijden isə qeyd edib ki, bu, təşkilatın 30 illik tarixində ilk dəfədir ki, iqlim dəyişikliklərinin uşaqlara təsiri kritik proses çərçivəsində müzakirə olunur və buna görə də COP29-un gündəliyinə daxil edilib.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.