Mən bu gün bu yarışda qələbə qazanmağıma görə çox sevinirəm. Biz çoxlu məşqlər etməklə qələbə qazandıq.
Trend-in məlumatına görə, bunu Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turnirində birinci yeri qazanan “Ocaq Sport” klubunun gimnastı Əsmər Bağırova deyib.
O bildirib ki, yarış zamanı heç bir həyəcan keçirməyib və bu, onun qələbə qazanmasına kömək edib. “Biz çoxlu məşqlər edirdik. Çox sevinirəm ki, əziyyətimiz yerd qalamadı, qələbə qazandım. Mən məşqçimə d çox sağol deyirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turniri başlayıb. 3 gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.
Yarışda 26 klubdan 255 idmançı iştirak edir. Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edəcəklər.
Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradır!