COP29  -   Muxtar Babayev Almaniya XİN nümayəndəsi ilə COP29-la bağlı prioritet məsələləri müzakirə edib

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan arasında görüş olub.

Trend xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" sosial media hesabında paylaşım edilib.

Görüş zamanı Bakıda keçiriləcək COP29-da ümumi prioritet məsələlərin həllində gələcək tərəqqi yollarının axtarışını davam etdirmək müzakirə edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.