“Qarabağ”ın London sınağı

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsində mübarizəyə başlayacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda “Tottenhem”lə qarşılaşacaq. İngiltərə klubu ilə matç Londonda baş tutacaq. Futbolun vətənindəki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” II turun oktyabrın 3-də keçiriləcək oyununda “Molmö”nü qəbul edəcək.

Avropa Liqası
Liqa mərhələsi
I tur, 26 sentyabr
23:00. “Tottenhem” – “Qarabağ”
Baş hakim: 
Villi Delayod (Fransa)
“Tottenhem Hotspur” stadionu