İşğal dövründə Füzuli və Ağdam rayonlarının bitki örtüyü azalıb

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu tərəfindən işğaldan azad olunmuş torpaqlarda yaranmış ekoloji problemlərin aradan qaldırılması istiqamətində elmi-tədqiqat işləri aparılır.

Bunu Trend-ə Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru Bəhram Əliyev deyib.

O bildirib ki, peyklərdən alınmış məlumatlar əsasında xəritələr tərtib edilib.

“Xəritələrin təhlili göstərir ki, 1989-cu ildə Füzuli rayonu ərazisində bitki örtüyünün sahəsi 12454 ha olub, 2021-ci ilədək isə bu rəqəm 8644 ha-ya gədər azalıb. Yəni işğal dövrü ərzində 3800 ha bitki örtüyü itirilib.V