Azərbaycan xalqı qəhrəman şəhidlərini anır (FOTO)

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından dörd il ötür.

Trend-in məlumatına görə, səhər saatlarından etibarən vətəndaşlar İkinci Şəhidlər xiyabanını ziyarət edirlər. Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilir, məzarları üstə qərənfillər düzülür.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Gallery