Nüfuzlu "FourFourTwo" nəşri hazırda dünyanın futbol üzrə ən yaxşı 10 qapıçısının adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ilk “üçlük”də İngiltərə Premyer Liqasında çıxış edən qolkiperlər yer alıblar.
Siyahıya “Liverpul”un formasını geyinən Alisson Beker başçılıq edir. “Mançester Siti”nin şərəfini qoruyan Ederson Moraes ikinci, “Arsenal”ın uğurları üçün çalışan David Raya isə üçüncü pillədə qərarlaşıb.