Köhnə qatarlara kondisioner sisteminin quraşdırılması zavod şəraitində olmalıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin depolar üzrə iş departamentini rəisi Faiq Əhmədov bildirib.
O qeyd edib ki, 2000-ci illərin əvvəllərində əldə edilən qatarlarda kondisioner sisteminə aid olan idarə etmə bloklarının yerləşdirilməsi vaqonaltı hissələrdə mümkün deyil:
“Köhnə qatarlarda zavod tərəfindən kondisioner sisteminin yerləşdirilməsi nəzərdə tutulmayıb.
Eyni zamanda vaqonların dam hissəsində kondisioner sisteminə aid qurğuların quraşdırılması nəzərdə tutulmayıb. Köhnə vaqonlara kondisioner sisteminin quraşdırılması üçün zavod şəraitində yenidən sökülüb quraşdırılması maliyyə baxımından əlverişsizdir”.