Cənubi koreyalı yazıçı Han Kanq ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Nobel Komitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. O, tarixi travmaları və insan həyatının kövrəkliyini göstərən poetik nəsrə görə bu mükafata layiq görülüb.