AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənli Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin iclasında verilib.
Akademiyanın prezidenti akademik Abdıldajan Akmataliyev fəxri mükafatı Mehman Həsənliyə təqdim edib.
Qeyd edək ki, Mehman Həsənli Çingiz Aytmatov haqqında fəlsəfə doktorluğu işi müdafiə edib. O, dünyanın ən müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfranslara dəvət alıb və məruzələrlə çıxış edib, məqalələri yerli və xarici jurnallarda dərc olunub. Onun “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası Azərbaycanda və Türkiyədə nəşr olunub.