Azərbaycan Tarixi Muzeyində Yusif Ağayevin “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığında XI-XIII əsrlərin hərb sənəti” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Ağayevin kitabında dahi şairin XI-XIII əsrlərin hərb tarixinə dair dəqiq və dolğun məlumatların yer aldığı şeirlər təsvir olunur.
Nizaminin əsərlərində silah növləri, qoşunların döyüş birləşmələri, hərbi strategiya və taktika, hərbi hüquq və təlim təsvir edilib. Nizami Gəncəvinin əsərləri Azərbaycanın orta əsrlər tarixi, coğrafiyası, etnoqrafiyası, elmi və mədəniyyəti haqqında məlumatları özündə əks etdirən əvəzsiz mənbələrdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıb. O, Azərbaycanın hərb tarixinin öyrənilməsinin və təbliğinin vacibliyini vurğulayaraq, müxtəlif mənbələrə müraciət etməyin xüsusi əhəmiyyətini qeyd edib.