Noyabrın 2-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” adlı monotamaşanın premyerası keçiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb.
Birhissəli monotamaşada rolu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.
“Mən Feyerbaxam” zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.
Qeyd edək ki, əsər ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.