M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Avstriya bəstəkarı Anton Bruknerin 200 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.
Proqramda Anton Bruknerin 4 nömrəli simfoniyası “Romantik” (WAB104) səslənib