A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.
B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.
C Sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı, Azərbaycan Respublikasının orden və medalları, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Bu salonda «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli Sərəncamı, «Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı, Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilib.
D Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları nümayiş olunur.
E və F sektorlarında Azərbaycan Respublikasının hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.
Bundan əlavə, Muzeydəki monitorlarda Azərbaycanın qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş videolar nümayiş olunur”, - deyə o qeyd edib.