M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Xalq artisti, bəstəkar Sevda İbrahimovanın 85 illiyinə həsr olunmuş “Məhəbbət işığı” adlı xatirə gecəsi keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Mədinə Şahgəldiyeva (kamança) və Nərmin Rzayeva (piano) dinləyicilər qarşısında çıxış ediblər.