AzMiU müəllimlərinin yazdığı kitab Türkiyə Universitetlərində tədris vasitəsi kimi istifadə olunacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının əməkdaşları – professor Məhəbbət Məmmədov, Ələsgər Əliyev, Fidan Məmmədova və Şəhla Əlizadə Türkiyənin Egey Universitetinin əməkdaşı Təkməz Kul ilə birgə “Yönetim Biliminin Əsasları” adlı dərslik hazırlayıb.

Trend xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, 450 səhifədən ibarət olan bu dərslik İzmir Eğitim Yayınevi tərəfindən nəşr edilib.