Edrian Broudi "Brutalist" filmindəki ən yaxşı kişi roluna görə "Oskar" qazandı

Amerikalı aktyor Edrian Broudi, Bredi Korbun rejissoru olduğu “Brutalist” filmindəki ən yaxşı kişi roluna görə ”Oskar” mükafatı qazanıb.

Trend xəbər verir ki, mükafatlandırma mərasimi Kaliforniya ştatının Los-Anceles şəhərindəki “Dolby” teatrında təşkil edilib.

Bütün "Oskar-2025" mükafatları:

- Ən yaxşı köməkçi aktyor - Kiran Kalkin "Gerçək ağrı"
- Ən yaxşı animasiya filmi - "Axın"
- Ən yaxşı qısametrajlı animasiya filmi - "Kiparisin kölgəsində"
- Ən yaxşı kostyum dizaynları - "Şər: Qərb Cadugərinin Nağılı"
- Ən yaxşı ssenari - "Anora"
- Ən yaxşı adaptasiya olunmuş ssenari - "Konklav"
- Ən yaxşı qrim və saç düzümləri - "Substansiya"
- Ən yaxşı montaj - "Anora"
- Ən yaxşı köməkçi aktrisa - Zoi Saldana "Emiliya Peres"
- Ən yaxşı bədii dizayn - "Şər: Qərb Cadugərinin Nağılı"
- Ən yaxşı musiqi - "El Mal" - "Emiliya Peres"
- Ən yaxşı qısametrajlı sənədli film - "Başqa torpaq yoxdur"
- Ən yaxşı səs - "Dune: ikinci hissə"
- Ən yaxşı vizual effektlər - "Dune: ikinci hissə"
- Ən yaxşı qısametrajlı oyun filmi - "Mən robot deyiləm"
- Ən yaxşı operator işi - "Brutalist"
- Ən yaxşı beynəlxalq film - "Mən hələdə burdayam"
- Ən yaxşı saundtrek - Daniel Blumberq "Brutalist"
- Ən yaxşı kişi aktyor - Edrian Broudi "Brutalist"
- Ən yaxşı rejissor - Şon Beyker "Anora"
- Ən yaxşı qadın aktrisa - Mayki Medison "Anora"
- Ən yaxşı film - "Anora"