Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək

Daş Salnamə Muzeyində martın 26-27-də AFWEU -nun təşkilatçılığı ilə Avropa və Asiyadan olan 10-dan çox məşhur dizaynerin iştirakı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsi keçiriləcək.

Trend xəbər verir ki, milli direktor - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.

Baş prodüser - AFWEU Fashion Week təsisiçisi, Türkiyəli dizayner Aydın Açıkdır. AFWEU Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir. Əsas missiya universal moda və mədəniyyət dilini yaymaq, yeni istedadları kəşf etmək və beynəlxalq aləmdə tanınmalarına kömək etməkdir. AFWEU bir çox ölkələrdə keçirilib və ilk dəfə Azərbaycanda keçiriləcək.