Azərbaycanlı dirijor Əyyub Quliyev Sankt-Peterburqda çıxış edib

Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə akademik simfonik orkestrin konserti olub.

AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət konsertin proqramına Pyotr Çaykovski və Yan Sibeliusun əsərləri ilə yanaşı, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər də daxil edilib.

Orkestri Andrey Korobeynikov (fortepiano) və Mixail Krutik (skripka) müşayiət ediblər.