Beynəlxalq ev-muzeyləri günü münasibətlə Vaqif Mustafazadənin ev-muzeyində “Vaqif Mustafazadəyə sevgi ilə” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktor müavini Səbinə Əliyeva və Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva əlamətdar günlə bağlı fikirlərini bölüşüblər.
Bədii hissədə şagirdlər maraqlı konsert proqramı təqdim ediblər.