Qala-şəhərdə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi keçirilir

Aprelin 17-də mədəniyyət beşiyimiz olan Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, mərasimdə rəsmi şəxslər, beynəlxalq ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak edirlər.