Bağlanış mərasimi çərçivəsində müğənni Çingiz Mustafayev “Healing Evening” proqramı ilə çıxış edib.
Konsertdən sonra “Vibrosoundlab” komandası yekun “Ecstatic Dance”ı təqdim edib.
Beləliklə, yüzdən çox tədbiri - yoqa, meditasiya sessiyaları, ənənəvi təbabət, art-terapiya üzrə mühazirələri, həmçinin musiqi və rəqs qruplarının çıxışlarını əhatə edən üçgünlük proqrama yekun vurulub.
Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilib.