Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin parlaq nümayəndələrindən biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR Xalq artisti Fuad Poladovun anadan olmasından 77 il ötür.
Trend bildirir ki, F.Poladov 1948-ci ildə Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.
O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-72-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.