Mixail Şvıdkoy: Bizim üçün bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur

Bura gələndə anlayırdım ki, çox önəmli və dəyərli bir diyara doğru yola çıxmışıq. Bir çox mədəniyyət xadimləri bu gün buradadırlar və bu da Laçının Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Bizim üçün bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur. Mənə elə gəlir ki, bu proqram çox düzgün şəkildə və məqsədəuyğun olaraq icra olunur. Bu prosesə verdiyi dəstəyə görə Müstəqil Dövlətlər Birliyinin əlaqələndirici qurumlarına ayrıca təşəkkürümü bildirmək istəyirəm", - deyə Mixail Şvıdkoy qeyd edib.