İrandan təxliyədə göstərdiyi yardıma minnətdarlıq əlaməti olaraq Rusiyanın Dövlət Akademik Böyük Simfonik Orkestri bu gün 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsertlə çıxış edəcək.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova rusiyalı artistlərin İrandan təxliyəsi zamanı operativ və əlaqələndirilmiş şəkildə göstərilən yardıma görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdi.