“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” sadəcə tədbir proqramı deyil, həmçinin bayramdır. Mədəni müxtəlifliyimizin, ortaq irsimizin zənginliyinin və İslam dünyasında həmrəyliyin təntənəsidir.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyində Mədəniyyət İdarəsinin direktoru Əlhüseyn Ğəzvi Bakıda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə həsr olunmuş mətbuat konfransında deyib.
"Bu gün burada İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin geniş iştirakını, eyni zamanda, İƏT-in qurumlarını və müsəlman dünyasının müxtəlif yerlərindən yaradıcı sənaye nümayəndələrini bir araya gətirməyimizi məmnuniyyətlə qeyd edirik. Bu geniş təmsilçilik mədəni diplomatiyanın əhəmiyyətini və ortaq dəyərlərimizin gücünü bir daha sübut edir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu festival vasitəsilə İƏT-in missiyasına - xalqlarımızı yaxınlaşdırmaq, qarşılıqlı hörmət, ortaq inkişaf və davamlı tərəqqi kimi dəyərləri irəli aparmaq üçün real məzmun və forma verilir. Bu dəyərlər İƏT nizamnaməsinin əsasını təşkil ed