Sevda Sultanova: Yerli müsabiqədə ən güclü işlər sənədli filmlər idi

Beynəlxalq Film Festivalında yerli müsabiqənin münsiflər heyətinin üzvü kimi iştirak edirəm. Yerli müsabiqə üç kateqoriyadan – bədii, sənədli və tələbə filmləri kateqoriyasından ibarətdir. Düşünürəm ki, ən güclü işlər sənədli filmlər idi.

Bunu AZƏRTAC-a açıqlamasında Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova bildirib.

O əlavə edib ki, son illərdə Azərbaycanda ən çox müraciət olunan janrlar arasında kommersiya kino sahəsində komediyalar üstünlük təşkil edir. Müəllif kinosunda isə dram və melodram janrları daha çox seçilir.