“Bir əsrdən artıq yol” sərgisində bir material və bir də internet dizaynı işlərim nümayiş olunur. Əsərləri ümumilikdə iki həftəyə tamamlamışam.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin 3-cü kurs tələbəsi Nuray Ağazadə deyib.
O, bəzi işlərin üç günə bitdiyini, bəzilərinin isə bir aya qədər çəkə bildiyini vurğulayıb. N.Ağazadə söyləyib ki, təhsilini kollecdən sonra akademiyada davam etdirməyi planlaşdırır.