Hacı İsmayılov: Kino mədəniyyətlər arasında ən təsirli ünsiyyət vasitələrindəndir

Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Kino mədəniyyətlər arasında ən təsirli ünsiyyət vasitələrindən biridir. Mədəniyyət festivalları bu əlaqələri daha da möhkəmləndirir.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib.

Onun sözlərinə görə, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” də həm miqyasına, həm də iştirakçı sayına görə seçilib.

“Festival çərçivəsində mədəniyyətimizin zənginliyi beynəlxalq ictimaiyyətə təqdim edilib, xalqlar arasında qarşılıqlı anlaşma daha da artıb. Bu cür beynəlxalq mədəni tədbirlər Azərbaycanın zəngin mədəni irsinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür mədəni tədbirlər xalqları bir-birinə yaxınlaşdırır”,- deyə H.İsmayılov əlavə edib.