Fransanın məşhur Luvr muzeyi dekabrın 15-də işçilərin tətilinə görə fəaliyyət göstərməyib.
Trend xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.
Əməkdaşlar maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Tətil oktyabr ayında baş verən qarət hadisəsindən sonra fəaliyyətini normal qaydada bərpa edə bilməyən muzeydəki iş prosesinə əlavə problemlər yaradıb. Məsələdən xəbərsiz olan yüzlərlə turist isə muzeyi ziyarət etmək üçün uzun növbələrdə gözləməli olub.
İşçilər rəhbərliyin sərtləşdirilmiş idarəetmə metodları və ziddiyyətli tapşırıqlardan narazı olduqlarını bildiriblər. Tətil qərarı əməkdaşların ümumi yığıncağında yekdilliklə qəbul olunub.
“France 24” telekanalının məlumatına görə, aksiyada təxminən 400 işçi iştirak edib.