“Səsin rəngi” sərgisində Rəşid Behbudovun zəngin irsindən dəyərli nümunələr təqdim olunub. Bu istiqamətdə geniş kolleksiyamız mövcuddur.
Bunu AZƏRTAC-a açıqlamasında Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev deyib.
Rəşid Behbudovun 110 illiyinə həsr olunan tədbirlərin reallaşması barədə məlumat verən Kamil Şahverdiyev deyib: “Tədbirlərin müxtəlif muzey və sərgi salonlarında, eləcə də Kaliforniya Universitetində və Los-Anceles şəhərində davamlı şəkildə keçirilməsi planlaşdırılır. Bu layihələr Rəşid Behbudov irsinin təbliğinə mühüm töhfədir”.