Bolqarıstan Teleqraf Agentliyinin (BTA) Türkiyənin paytaxtı Ankara şəhərindəki Mətbuat Klubunda “Boyalarla yaradılan körpü: Türkiyədən olan istedadlı uşaqlar Bolqarıstanı təsvir edir” adlı uşaq rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BTA-nın rəhbərliyi, Bolqarıstanın Ankaradakı səfirliyinin əməkdaşları, alimlər və hər iki ölkədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
BTA-nın baş direktoru Kiril Valçev tədbirin təşkilatçılarına, o cümlədən Nəsrəddin Hoca adına Elm və İncəsənət Mərkəzinə təşəkkür edib.
O, uşaq əsərlərinin müəlliflərinin iki xalq arasındakı dostluğa əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib.
Sərginin açılışını simvolizə edən lent kəsilib.