Ramazan ayı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.

Trend xəbər verir ki, fətvada deyilir:

"Qazılar Şurası Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/16 saylı və 30.01. 2026-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək".

 

"Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək R