Bakıda IX Yoqa Festivalı - "Sevgi və Sülh" devizi altında keçiriləcək.
Trend-in məlumatına görə, festival 22 fevral saat 10:00-dan 16:00-dək "Sea Breeze"də - "CaspiMayr Retreat" baş tutacaq.
Festivalda təcrübəli yoqa ustadlarının iştirak edəcəyi bildirilir. Toplanan məbləğ uşaq evinə ianə olunacaq.