Eyyub Yaqubov: Hüseyn Cavid obrazını səhnədə canlandırmaq yaradıcılıq fəaliyyətimdə xüsusi yer tutur

Mənim üçün dahi şair Hüseyn Cavid obrazını səhnədə canlandırmaq yaradıcılıq fəaliyyətimdə xüsusi yer tutan, mənəvi baxımdan zəngin və unudulmaz təcrübə oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Eyyub Yaqubov deyib.

O vurğulayıb ki, səhnə əsərində görkəmli şairlər Hüseyn Cavid və Mikayıl Müşfiqin əsərlərini - “Yenə o bağ olaydı”, “Düşündüm ki” və digərlərini ifa etmək böyük məsuliyyət idi.

“Tamaşanın məşq prosesi on beş gün davam edib. Bu müddət ərzində yaradıcı heyətlə intensiv və məhsuldar iş aparılıb, obrazın daxili aləmini, xarakterini və dövrün ruhunu daha dərindən duymaq üçün ciddi hazırlıq görülüb. Dahi şair Hüseyn Cavidin

“Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” misraları layihənin əsas leytmotividir”, - deyə E.Yaqubov əlavə edib.