Azərbaycan teatrı uzun illər ərzində səmərəli, çətin və fədakar yol keçərək bu günümüzə gəlib çatıb. Hazırda isə öz inkişaf mərhələsini davam etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist Şövqi Hüseynov deyib.
O bildirib ki, Azərbaycanda teatr-aktyor məktəbinin yüksək səviyyədə təqdim olunması və bu ənənələrin inkişaf etdirilməsi hər bir sənət adamının borcudur: “Bu missiyanı gələcəkdə gənc nəsil də davam etdirməli, Azərbaycan teatrının zəngin ənənələrini qoruyaraq inkişafına çalışmalıdır. Çünki teatr sənətinin inkişafında gənclərin rolu böyükdür”.
“Teatrın milli sərvət olduğunu heç vaxt unutmamalıyıq. 10 Mart - Milli Teatr Günü teatr xadimlərinin zəhmətini, sənətə olan sədaqətini bir daha xatırladan əlamətdar gündür. Son dövrlərdə təqdim olunan yaradıcılıqla bağlı yeni proqramların Azərbaycan teatrının gələcək inkişafına töhfə verəcəyinə inanıram. Biz də bu yolda var gücümüzlə çalışır, teatrımızın təbliği ilə məşğul oluruq”, - deyə Şövqi Hüseynov əlavə edib.